Nyu-Yorkda keçirilən “Neo Science” olimpiadasının qalibləri Xəzər Tv-nin “Xoşbəxt sabahlar” verlişinin qonağı oldular!

Verliş zamanı Maestro School-un həmtəsisçisi və direktoru Leyla Safarli, məktəbin fəaliyyətindən, hazırlıq prosesindən və gələcək planlardan, Azərbaycanda İT sahəsinin inkişafı və beynəlxalq olimpiadalarda iştirakın əhəmiyyəti haqqında danışıb.
 
Maestro School şagirdləri isə öz təcrübələrini, layihələrini və Nyu-Yorkda keçirdikləri vaxt haqqında təəssüratlarını bölüşdülər. Həmçinin, onların gələcək planları, elmə olan maraqları və qlobal səviyyədə Azərbaycanı necə təmsil etdikləri müzakirə olundu.

Verlişin aparıcısı Oksana Rəsulova qaliblərlə səmimi söhbət apararaq, onların motivasiya mənbələri, qarşılaşdıqları çətinliklər və Maestro School-un onlara hansı uğurlar qazandırdığı haqqında məlumat aldı.

Qeyd edək ki, komanda üzvləri yarışmada 4 gümüş, 2 bürünc və 2 qızıl medal qazanaraq, həm də 2 ən yüksək nəticəni (TOP 3-lük) əldə ediblər. Həmçinin, tələbələrimiz riyaziyyat kateqoriyası üzrə 4 fərqlənmə, 3 bürünc, 1 gümüş medal; təbiət elmləri kateqoriyası üzrə isə 1 fərqlənmə, 4 bürünc, 2 gümüş, 1 qızıl medal qazandılar.

Maestro School qalib tələbələri ilə fəxr edir və onlara uğurlu gələcək arzu edir! Bu nəticələr onların gələcəkdə daha böyük uğurlara imza atacağına dair güclü bir göstəricidir.

Qeyd edək ki, Maestro School məktəblilərə və böyüklərə keyfiyyətli İT təhsil verən əlavə təhsil müəssisəsidir.

“Neo Science” olimpiadası növbəti il ABŞ-da, Nyu-Yorkda keçiləcək! Gələn il üçün indidən müraciət edin!

#maestroschool #azerbaijan #stemolympiad #paris #france #grandfinal #coding #math #science

Uğura gedən yol Maestro School-dan keçir!

Qeydiyyat üçün bizimlə əlaqə saxlayın:
📞 +994 51 300 22 33
📍 Ağ Şəhər, Mərkəzi Bulvar küçəsi 4

Bu yazını dəyərləndir

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button