Nadir stolüstü idman növlərini tanıyaq
Bakı böyük idman yarışlarının keçirildiyi bir məkan kimi tanındığı zaman, hər bir kəs ənənəvi idman növləri ilə yaxından tanışdır. Bəs qeyri-ənənəvi idman yarışlarını kimlər tanıyır? Bu məqalədə siz qeyri-idman növləri, xüsusilə stol üstü idman növləri ilə yaxından tanış olacaqsınız.
ŞAHMAT
Şahmat idman növünün bizim eramızın 6-cı ilində Hindistanda yarandığı düşünülür. Bu idman növü o zamanlar Çaturanqa deyə adlandırılırdı. Daha sonra İranda məşhurlaşaraq Çatranq adını qazanmışdır. Artıq 15-ci əsrdə şahmat indiki müasir halını alaraq Avropa da geniş yayılmışdı. İndi şahmat ən məşhur zəka idman növlərindən biri kimi tanınır.
İki idmançı arasında oynanılan bu oyun, səkkizin səkkizə olan damalı lövhədən və 16 fiqurlardan
( 1 şah, 1 vəzir, 2 top, 2 at, 2 fil və 8 piyada) ibarətdir. Şahmat idman növü üzrə Dünya çempionatı, Şahmat Olimpiadası, Qrand Şahmat yarıışı, FİDE Qrand Pri və digər yarışları keçirilir ki, bu yarışlara FİDE (Beynəlxalq Şahmat Federasiyası) nəzarət edir. Şahmat dünyasında tarix yazan idmançılara Qarri Kasparov, Bobbi Fişer, Anatoliy Karpov, Xose Raul Kapablanca daxildi. Müasir döyrün tanınmış idmançıları isə aşağıdakılardır: Maqnus Karlson, Fabio Karuana, Hikaru Nakamura, Dinq Liren.
QO
Qo iki nəfərlik strateji stolüstü oyunu Şərqi Asiyada məşhurdur. Qədim Çində 2500 il əvvəl yarandığı düşünülən bu oyun, bəzi mənbələrdə 4000 il əvvəl yarandığı ehtimal olunur. Çində bu oyuna Veiqi, Koreyada Baduk, Yaponiyada isə Qo adı ilə tanınır. Bu oyun ən qədim stolüstü oyunlardan biri kimi tanınır.
Qo oyunu üçün nəzərdə tutulmuş ənənəvi lövhə taxtadan olur və qoban adlanır. Daşlar lövhənin üzərində çəkilmiş bir-birinə perpendikulyar xətlərin kəsişmə nöqtəsində yerləşir. Daşlar linzaya bənzər formada olur. Qonşu olan daşlar bir-birinə çox yaxın olur və hətta bir birinə toxunur. Qo daşların (goişi) tam dəstəsi adətən 181 qara və 180 ağ daşdan ibarətdir.
Bu oyun Azərbaycanda qədim zamanlarda qara və ağ daşlarla deyil, qara və ağ kişmişlərlə oynanılıb. Ona görə də bu oyunu bəzən “kişmiş oyunu” da adlandırmışlar. Oyuna qaralar başlayır. Hal-hazırda Qo oyunu Beynəlxalq Qo Federasiyasının təsdiq etdiyi beynəlxalq, milli və digər yarışmalarda oynanılır. Tarixi məşhur Qo ustadları Honinbo Şusaku (19-cu əsr, Yaponiya) və Qo Seigendir (20-ci əsr, müasir Qo stategiyasının banisi). Müasir dövrün ustadlarına Li Sedol ( Cənubi Koreya), Ke Jie (Çin), Ço Çikun (Yaponiya), Şin Jin-seo (Cənubi Koreya) daxildir.
POKER
Poker — Şans, bacarıq, risk və taktikaya söykənən bir kart oyunudur. Bu oyunun 17-ci əsrdə İranda yarandığı düşünülür. O zaman Poker As-Nas adlandırılırdı. 18-ci əsrdə isə Fransada “Porque” və Almaniyada “Pochen” adı ilə məşhurlaşan bu kart oyunu, 19-cu əsrdə Yeni Orleansda gətirilərək indi hər kəsin tanıdığı Poker oyununa dönüşmüşdür.
Pokerin bir çox növü vardır: 3 card poker, omaha və s. Bunlardan ən çox bilinəni isə Texas Hold’em Pokerdir. Pokerin ümumi olaraq hər bir oyununda ən yaxşı beşliyi sıralamaq əsasdır. Yəni hər bir oyunçu üçün oyunun əsas məqsədi paylanılan 2 kartla yerdəki kartları tamamlayıb ən yaxşı 5-li yığıb rəqib və ya rəqiblərin çiplərini (oyun pulu) toplamaqdır. Poker, ən az 2, ən çox isə 10 nəfərlə və 1 ədəd 52-lik dəstəylə oynanır. Oyunun masadakı istiqaməti saat istiqamətindədir. Poker böyük pul mükafatları və nüfuzu ilə qlobal rəqabət səhnəsinə malikdir. Nəhəng Poker yarışlarına World Series of Poker (WSOP), World Poker Tour (WPT), European Poker Tour (EPT), Triton Poker Series daxildir. Doyl Brunson, Fil Hellmut, Daniel Negreanu və Stu Ungar bu yarışlarda əfsanə adına layiq görülüblər.
Bundan əlavə müxtəlif stolüstü kart oyunları mövcuddur. Azərbaycanda isə bu oyunları Mostbet Azərbaycanda oynamaq mümkündür.
MADJONQ
Madjonq Asiyada geniş yayılmış 4 nəfərlik stolüstü oyundur. Madjonq oyunu ilk əvvəl Ma Çyue (麻
将) adlandırılırdı və sərçə mənasını bildirir. Bu adı oyun daşlarını tərpətdikdə yaratdığı səsin sərçə səsinə oxşadığı üçün verilmişdir.
Bəzi mənbələrdə Madjonqun məşhur çin filosofu Konfutsi təxminən e.ə. 500-cü ildə ixtira etdiyi düşünülür. Bu fərziyyəyə əsasən, oyunun yaranması Konfutsinin Çinin müxtəlif yerlərinə öz təlimini yaymaq məqsədilə yollandığı səyahəti ilə bağlıdır. Oyun daşları 3 Əjdaha adlanır. Bunlar 3 səxavətlə bağlıdır. Qırmızı Əjdaha — mülayimlik və sadəliyi, Yaşıl Əjdaha — çiçəklənməni, Ağ Əjdaha -valideynlərə qarşı səmimiliyi bildirir.
Oyun əksər hallarda 4 iştirakçı ilə oynanılır. Ənənəvi hallarda 144 daşlardan ibarət oyunda bəzən daşların sayı bir qədər fərqli ola bilir. Hər oyunçu oyuna başladıqda 13 daşa malikdir. Oyunçu yeni bir daş götürərək həmişə digər daşı qaytarmaq məcburdur. Sonda bütün siraları ilk yığan oyunçu qazanmış hesab olunur.( bu oyun variasiyalarına görə dəyişir). Madjonq Asiyada kifayət qədər məşhurlaşdığı zaman hər ölkə və ya regionun özünə məxsus versiyası yaranmmışdır. Bunlara Çin Klassik Mdjonq, Hon Konq Madjonqu, Yapon Riiiçi Madjonqu, Amerikan Madjonqu və Tayvan Madjonqu daxildir.
Madjonq üzrə Dünya Madjonq Çempionatı, Açıq Avropa Madjonq Çempionatı, Madjonq Dünya Yarışları və Riiçi Madjonq yarışları keçirilir ki, bu yarışlar Dünya Madjonq Təşkilatı (WMO), Avropa Madjonq Assosiyasiyası (EMA) və Yapon Professional Mahjong Liqası kimi qurumlar tərəfindən idarə edilir.
Madjonq poker və ya şahmat kimi dünya mediasında məşhur oyunçulara malik olmasa da Yaponiya və Çində populyar olan oyunçu və fiqurlara malikdir. Bu şəxslərə Şitaro Yuki (yüksək profilli Riiçi Madjonq professionalı və media fiquru), Hiroshi Yamai (görkəmli Yapon Riiçi oyunçusu), Jenn Barr (Ameerika əsilli Yaponiyada məskunlaşmış Riiçi professionalı və müəllif) və Nobuyuki İvaşita(veteran Yapon Madjonq stratejisti və pedaqoq) daxildir.