Yuxuda Pox Gormek 💩

Yuxuda pox görmək bir insanın səhv yollarla pul qazanacağını və eyni zamanda haram yeyəcəyi kimi şərh olunur. Bəzi təfsirçilərin ərhinə görə bərəkət, bolluq və zənginlik mənasına gəlsə də, bəzi yuxu yozanların yozumuna görə isə yuxuda nəcis görmək halal olmayan qazancın göstəricisi kimi izah edirlər. Əgər yuxu görən şəxs nəcisi əlinə, qoluna və ya geyiminə sürtsə, bu onun həyatında xeyir verməyəcək işlərin baş verəcəyini göstərir.

Yuxuda nəcis görən insan bəzi bədbəxtliklər və uğursuzluqlar yaşayacağını və bu səbəblə həm maddi, həm də mənəvi cəhətdən çətin günləri keçirəcəyini göstərir. Amma buna baxmayaraq bir çox çətinliklərin öhdəsindən gələcəyini bildirilir.

Yuxuda öz nəcisinə toxunan şəxs asanlıqla cəmiyyətdə yer tapa bilmir, çünki bu insan dünya aləmində başqalarını alçaldan hiyləgər bir insandır.

Yuxuda tualetə getmək və tualeti yuymaq insanın öz işini görüb öz yağında qovrulması kimi yozulur. Buraxılmış bir fürsətin təcrübəli bir tanışlıqdan aldığı fikir sayəsində daha çox qazanc əldə ediləcəyi, Allah tərəfindən duaların qəbul olunmasının evdəki bolluğu artıracağına işarə olunur.

Yuxuda uşağın altını batırmasını görmək, bütün çətinliklərin qısa müddətdə aradan qaldırılacağını, tər tökməklə ruzi əldə ediləcəyini, problemlərin həllini tapacağını göstərir.

Yuxuda at poxu görmək xəyal sahibi üçün yol deməkdir. Xəyal sahibi bir yola çıxacaq, ancaq yol uzun sürməyəcək.

Yuxuda quş poxu görmək gözəl və xoşagələn hadisələrin olacağını göstərir. Bir quş insanın başına, çiyninə və ya hər hansı bir hissəsinə çirkləndirsə, bu o gün təsadüf çakralarının açıq olduğunu göstərir.

Yuxuda Nəcis görmək haqqında isə buradan oxuya bilərsiniz.

2.5/5 - (144 - nəfər səs verdi)

Əlaqəli məqalələr

11 Comments

  1. Salam men yuxumda gorurem ki, qaynanami yuyuram. Amma qaynanaminda eli tutur amma ozunu xesteliye vurub. baldizim da qiraqda durub baxir. Yuya-yuya dusunurem qizi etmelidir yanindadirsa amma qiz qiraqdan durub baxir. Menasi nedir???

    1. Salam,umumiyyətlə belə yuxuları narahat insanlar görur,nəyinsə fikrini çəkirsiz,bu yuxu sizi ehtiyatlı olmaga çagirir,yanlış addımlar atmayın,ətrafınızdakı insanlardan kimisə hərəkətlərinizlə incidirsiz,bir az diqqətli olun,yoxsa sizi göz yaşı gözləyir deməkdir,

  2. Salam men yuxuda goruremki erimin ölmüş bibisi çöle cixa bilmir menim anam ona semicqa yagi vurur ve arvad pasdelde altini bir xeyli batirir daha sonra anam mene deyirki neyniyek pasdeli deyirem tulluyag neyniyesiyik oda deyirki yox parasok al getir men temizdiyecem xahis edirem menim yuxumu yozardiz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button