Yuxu Yozma

Yuxuda ayı görmək

Yuxuda ayı görmək düşmən və ya rəqib kimi şərh olunur. Ehtiyatı əldən verməməyiniz və ətrafınıza diqqət yetirmək tövsiyə olunur. Əslində, bu yuxunun şərhinə görə yuxuda ayı görən insanın yanında olduğunu dəstəkləyən kimi görünən bir adamın ona zərər verəcəyi, necə deyərlər arxadan bıçaqlanacağı deməkdir. Yuxudakı ayı qısqanc, zərərli və pis xüsusiyyətli bir qadına da işarə edə bilər. Ayı görmək çox vaxt çətinlik, problem kimi şərh olunur, eyni zamanda rəqiblər üzündən yaranacaq problemlərə işarə edir.

Yuxuda ayı balası görmək

Yuxuda ayı balasını görmək, pisliyi düşünən və hər kəsə zərər verən zəif bir xarakterli adama işarə edir. Bu yuxu pisliklərin, bəlaların və onları təmin edən əxlaqsız və yalançı insanların əlaməti ola bilər. Ayı balası da günah etməkdən çəkinməyən münafiqdir. Bu şəxs həqiqi üzünü gizlədir, sizdən qaçır, cəmiyyətdə fitnə-fəsad yaradır və qarışıqlığa səbəb olur. Bu yuxu görən insan ətrafındakı insanlara qarşı diqqətli olmalıdır. Çünki bu yuxu ona düşmən olan və həqiqi üzünü yaxşı gizlədərək mehriban görünən insanı və insanları ayan edir. Bu işarəni nəzərinizdə saxlayın.

Yuxuda ayı hücumu görmək

Yuxuda ayı hücumu görmək cansıxıcı hadisələr yaşayacağınızı və dincliyinizin pozulacağını göstərir. Bir insan yuxusundakı ayı tərəfindən hücum edildiyini görəndə haqsız ittihamlara məruz qalması və çətin vəziyyətə düşəcəyi izah edilir. Bu sizin şərlənməyiniz kimi də yozulur. Yuxuda ayı hücumunu görmək insanın əlinin qolunu bağlamaqla ona qarşı irəli sürülən ittihamlara qarşı cavabsız qalacağı olaraq işarə edilmişdir. Yuxu alimlərimiz bu yuxunu insanları günahlandırmağa və zərər verməyə çalışan insanlar olaraq ifadə edirlər. Yuxuda ayı hücumunu görmək, bəzən yaxşı xəbərlər almaq, həyatınızı dəyişdirəcək hadisələr yaşamaq və bəxtinizi açmaq kimi şərh olunsa da, görülən yuxuların əksinə yaxşı şeylərin baş vermədiyi sübut olunmuşdur. Yuxuda ayı hücumunu görmək, ətrafınızdakı insanlardan gələn zərərin olduğunu göstərir.

Yuxuda ayı qovduğunu görmək

Yuxuda ayı qovduğunu görmək, son zamanlar etdiyiniz bəzi səhvlərə görə insanlar tərəfindən tənqid olunacağınız kimi yozulur. Eyni zamanda bu yuxu sizin cəmiyyət tərəfindən hörmətsiz insana çevriləcəyinizə və ya günah edəcəyinizə şərh olunur. Yuxusunda bir ayı təqib etdiyini görən insan utancverici bir hərəkət edərək cəmiyyətdə alçaldılır.

Yuxuda ayı öldürmək

Yuxuda ayı öldürmək xeyirli yuxulardan hesab olunur və mənası çox yaxşıdır. Belə ki, bu yuxu problemlərin öhdəsindən gəlmək, çətinliklərin öhdəsindən gəlmək və nəticədə rahat olmağa aiddir. Yuxuda ayı öldürən kəsin işləri uğurlu olacaqdır.

Yuxuda ayı ovlamaq yaxşı məna ifadə edir. Bu yuxu yalançı, pis niyyətli, hiyləgər bir insanın cahil insanlar tərəfindən yönəldildiyini göstərir. Bu yuxunun ikinci yozumu isə yaxşı deyildir. Belə ki, ayı ovlamaq və ya ayı ovçu görmək alçaq təbiətli insanlara, həmin insanların cahillərin nəzərində dəyərli sayılmasına, işarə edir. Çətinliklər və problemlərlə üzləşəcəyiniz deməkdir. Ona görə də ehtiyatlı olmalısınız.

Yuxuda ayı əti görmək rəqibin və ya rəqibinin varlıqlarını göstərir. Yuxuda ayı dərisini görmək də bu mənanı ifadə edir. Bir yuxuda ayı südü görmək insanı şübhəyə salacaq hadisənin olacağını qabaqcadan bildirir.

Yuxuda ağ ayı və qütb ayısını görmək çox yaxşı və gözəldir. İşlərin açılacağını, yolda olacağını və qazancın artacağını və bolluğun yaşanacağını göstərir.

Yuxuda qara ayı görmək o deməkdir ki, məişətdə xoşagəlməzliklər yaranacaq və problem olacaqdır. Bu yuxu sizin qısa müddətdə böyük ziyan görəcəyiniz kimi də şərh olunur. Bu, bədbəxtliklərin ardıcıllığı, maddi və mənəvi çətinliklər yaşamaq və çıxılmaz vəziyyətə düşməkdir.

Yuxuda qəhvəyi ayı görmək insanın bir mövzuya cavabdeh olacağını və ən qısa müddətdə zəngin olacağını bildirir.

Yuxuda ayı bəsləmək

Yuxuda ayı yedizdirmək qısa müddət də olsa çarəsiz və çətin vəziyyətə düşəcəskiniz deməkdir. Bu yuxu yaxşı məna ifadə etmir. İş həyatınız qiymətləndirilməyəcək, işiniz təqdir olunmayacaq, həm maddi, həm də mənəvi cəhətdən böyük itki verəcəksiniz.

Yuxuda qəfəs içində ayı görmək

Yuxuda qəfəsdə ayı görmək çox yaxşı və gözəl işlərin alınacağına, işinizi çox yaxşı nöqtəyə çatdıracağınıza, həsrətin sona çatacağına, kədərin yerini sevincin alacağına yozulur. Yuxu alimlərinin fikrincə bu yuxu xoşagəlməz günlərin arxada qalacağına, sevdiklərinizlə bol-bol söhbət edəcəyinizə, iş həyatında uğur və qələbə qazanacağınıza, daxili rahatlıq tapacağınıza, böyük nailiyyətlər qazanacağınıza işarədir. Uğur daim sizinlə olacaqdır.

4.6/5 - (36 - nəfər səs verdi)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Maraqlı ola bilər!
Close
Back to top button