Yuxu Yozma

Yuxuda odun gormek

Yuxuda odun gormek bir çox mənalar ifadə edə bilər. Misal üçün yuxu görənin zəhmətinin asan olacağına, həyatında qarşılaşdığı çətinliklərin öhdəsindən gələ biləcəyi kimi mənalara malikdir. Eyni zamanda əgər yuxuda odun görmüsünüzsə, çətinlik və stress yaşacağınız mənasına da gələ bilər. Təbii ki, bu yuxunun necə görülməsinə uyğun olan yozumlara görə dəyişir.  Bir insan odunla bağlı yuxu görürsə, bu həmin insanın Allaha şükür etməkdən yorulduğunun və artıq üsyan etməyə başlamasına da yozulur. Yuxuda yanmağı gözləyən qırıq odun görmək çətinliklərin öhdəsindən gələcəyinizə, siyasi bir iş görəcəyinizə, var-dövlət sahibi olacağınıza işarədir. Yuxuda ağac görmək, yaxşı mənaya yozulur. Belə ki, yuxu sahibinin yaxşı bir hadisə ilə qarşılaşacağına işarədir. Yuxuda qırılması lazım olan iri taxta görmək, yuxu görənin çətinlik və səylə əldə edəcəyi ruzidən yorulacağına işarədir. Yuxuda görünən çürük odun,  xəyalpərəst birinin sirlərinin üzə çıxacağına və bu səbəbdən çətin vəziyyətdə qalacağına işarə edir.

Yuxuda odun sındırmaq

 Yuxuda odun qırmağın ən çox yayılmış şərhlərindən biri qələbəyə işarədir. Eyni zamanda görünən bu yuxu, yuxu sahibinin güclü olacağınızdan və mübarizə üçün uğur qazanacağından xəbər verir. Yuxu yozan alimlərin fikirlərinə görə bu xəstəliklərlə mübarizə mənasını da verir.

Yuxuda Ağacın Kəsilməsini Görmək

Yuxuda birinin odun doğradığını görmək, yuxu görənin öz zəhməti ilə dolanacağına, başqasının pulunda, malında gözü qalmayıb zəhmətinin bəhrəsinə şükür edəcəyinə işarədir. Bu yuxunun mənası şükür edən, sahib olduqlarının qədrini bilən gözütox insan deməkdir. Yuxuda birinin odun doğradığını görmək, yaxşı işlər görəcəyinə və zəhmətinin qarşılığını alacağ mənasına yozulur.

Yuxuda Odun Yığını Görmək

Yuxuda biq qalaq odun yığını görmək, yuxu görənin dərd və problemlərinin artacağına, buna görə də bədbəxtliyin üz verəcəyinə, işinin pozulacağına işarədir. Eyni zamanda qeyd edək ki, görülən bu yuxu 2 mənada yozulur. Bir digər mənası da, yuxu görənin şad xəbər alacağına və bu xəbərdən sonra iş həyatında yeni bir yol tapacağına, yaxşı bir həyat quracağına, sevilən və güvənilən bir insana çevriləcəyinə, uğurlarının artacağına işarədir. Yuxuda doğranılmış taxta yığını görmək, yuxu görənə miras qalacağına, sərvət və var-dövlət sahibi olacağına işarədir.

Yuxuda odun toplamaq

Əgər yuxuda odun yığdığınızı görmüsünüzsə, bu sizin üçün heç də xoş məna ifadə etmir. Yuxuda odun yığmaq qeybət deməkdir, insanlar arasında söz-söhbəti, ziddiyyət yaranacağına işarədir. Yuxuda odun yığdığınızı görmüsünüzsə, sərvətiniz artacaq və arzunuza çatacaqsınız.

Yuxuda odun daşımaq

Yuxuda odun daşıdığınızı görmüsünüzsə, bu şanslı olacağınıza işarədir. Bu yuxu,yuxu görən şəxsin nüfuz sahibi olacağına və insanların xeyrinə danışacağına işarə edir. Evinizə yanacaq üçün odun daşıdığınızı görmək , qazancınızın halal olacağına və mal-mülk sahibi olacağınıza, o evə halal qazancın girəcəyinə dəlalət edir. Yuxuda qucağında odun daşıdığını görmək, yuxu görənin ailə üzvləri arasında kiçik problemlər ola biləcəyinə işarədir. Yuxuda başqasının odun daşıdığını görmək, yuxu görən insanın böyük qazanc əldə edəcəyinə və xoşbəxtlik yaşayacağı kimi yozulur.

Yuxuda odun yandığını görmək

Yuxuda görülən yanan odun yaxşı məna ifadə edir. Yuxu sahibi odun yandırdığını görürsə, həyatında müsbət dəyişikliklər baş verəcəkdir. Yuxuda od yandırmaq, yuxu sahibinin əldə etdiyi nailiyyətləri ilə diqqət çəkəcəyinə, hər kəsin heyranlığını və rəğbətini qazanacağına, təqdir olunacaq sözlər eşidəcəyinə, ucalacağına, hörmətli bir insana çevriləcəyinə işarədir. Eyni zamanda bu yuxunun ikinci mənası yuxu sahibinin sakit və dinc bir həyat sürəcəyinə işarədir. Yuxuda odun yandırmaq yuxu görənin diqqətsiz atdığı addımdan sonra başının ağrıyacağına, pis günlər keçirəcəyinə işarə edir.

Yuxuda Taxta Parçaları Görmək

Yuxuda taxta parçası görmüsünüzsə, bu sizin üçün xeyirli olacaqdır. Çünki bu yuxunun mənası, yuxu görənin ruhunun və ürəyinin rahat olacağına, işinin açılacağına, xeyirli yollara girəcəyinə işarədir. Yuxuda böyük bir taxta parçası görmək fırıldaqla əldə edilən qazanca işarədir. Yuxuda xırda taxta parçaları görmək, yuxu görənin həyata və özünə inamının olmadığına, pul qazanmaq üçün daim işləməli olduğuna işarə edir.

Yuxuda Taxta Yüklü Eşşək Görmək

Yuxuda odun yüklü eşşək görmək, yuxu görənin pessimizm və bədbəxtliyindən qurtulacağına, ailə həyatına təsir edən pul problemlərinin qısa zamanda həll olunacağına, xəyal etdiyi şeylərin tezliklə gerçəkləşəcəyinə işarədir. Yuxu sahibi yaxşı həyat yoldaşı ilə ailə quracağına, yaxşı insanlarla dost olacağına yozulur.

Yuxuda Sobaya Odun Atmaq Görmek

Peçin içərisində yanan odun olduğu halda yenidən içinə odun atmaq  görmüsünüzsə, bu yuxu sizləri bəzi xoşagəlməz problemlərdən agah edir deməkdir. Yuxu görən insanın yaxşı biri olduğunu düşündüyü adamın əslində arxasınca danışan, yaxın birindən zərbə görəcəyi mənasına gəlir. Eyni zamanda yuxuda sobaya odun atmaq yuxu görənin sərvətinin artacağına işarə edir.

Eyni yuxunun ikinci mənası isə, yuxuda odun içinə odun atmaq doğru yola getməyə, bəlalardan, çətinliklərdən, problemlərdən qurtulmağa, iş və çörək sahibi olmağa, şəfalı qapıları döyməyə işarə edir.

Yuxuda quru ağac görmək nə deməkdir?

Yuxuda quru ağac görmək, yuxu görənin inadkarlığı sayəsində istədiyinə nail olacağına işarədir. Həmçinin bu yuxu, yuxu sahibinin eqoizmindən ötəri həmkarları ilə yaşadığı problemlərə işarə edir. Yuxuda quru odun görmək incidəcək sözlər söyləmək, insanları aşağılamaq, həyat yoldaşınızla mübahisə etmək deməkdir. Yuxuda quru odun yardığını görmək yuxu görənin işinin asanlaşacağına işarədir.

Yuxuda yaş odun görmək

Yuxuda yaş odun görmək heç də xoş deyil.  Xaos və mübahisəyə işarədir. Bu yuxu həm də yuxu görənin maddi vəziyyətinin yaxşı olacağına, var-dövlət qazanacağına işarədir. Göründüyü kimi yuxu 2 mənada özünü biruzə verə bilir.

Yuxuda odun yemək

Yuxuda odun yemək yuxu görənin haram mal yeməsinə və ya odunla döyülməsinə işarədir. Yuxuda odun parçası yemək, yuxu görənin ev sahibi olacağına, yeni bir yerə köçəcəyinə, zövq alacağı bir iş tapacağına dəlalət edir.

Yuxuda odun almaq

Yuxuda odun almaq görmüsünüzsə, haqqınızı alacaqsınız deməkdir Çünki bu yuxunun mənası qısa zamanda yuxu sahibinin haqqını alacağına, haqsızlıq qarşısında susmayacağına, işlərinin yaxşı gedəcəyinə işarədir. Yuxusunda odun alan adam yeni insanlarla tanış olur, lakin onların münasibətləri qısa zamanda bitir. Yuxuda ölüdən odun aldığını görmək yuxu görənin yaxınları ilə sınağa çəkiləcəyinə, sevgi tapacağına və çox xoşbəxt olacağına işarədir.

Yuxuda odun satmaq

Yuxuda odun satmaq, yuxu görənin onun gizli düşməni olduğuna və onun arxasınca danışılmasına işarədir.

Yuxuda Bir çuval Taxta Görmək

Yuxuda çuval içində taxta görmək, yuxu görən üçün yaxşı mənaya yozulur. Yuxu sahibi əgər belə bir yuxu görübsə, bu onun yaxşı bir həyat sürəcəyinə işarədir. Torbaya odun doldurub daşımaq yuxu görənin arzuladığı həyata çatacağına, məsuliyyətlərinin azalacağına işarədir. Yuxuda boş odun kisəsi görmək, yuxu sahibinin üzərinə düşən vəzifələrə məhəl qoymadığı üçün çətin günlər yaşayacağına işarədir.

Yuxuda odun oğurlamaq

Yuxuda odun oğurlamaq, yaxşı mənaya yozulmur. Belə ki, bu yuxu, yuxu görən şəxsin düşmənləri ilə əməkdaşlıq edəcəyinə və pislik edəcəyinə işarədir. Düşmənçilikdən, yalançı dostluqlardan yorulduğunu mənasını verir eyni zamanda. Yuxu görən insanın evində rahatlıq tapmayacağına, qazancının xeyirini görməyəcəyinə işarə edir.

Yuxuda taxta görmek

Yuxuda taxta taxta görmek xeyirə yozulur. Belə ki, yuxu görənin şərəflə işləyən və iş ədəb baxımından təqdirəlayiq bir insan olduğuna işarə edir. Yuxuda odun görmək, yuxu görənin ağır yollarla qazanc əldə etməsinə, lakin halal qazanc dalınca getməsinə yozulur.

Yuxuda taxta görmək hər şeyin mahiyyətinə və saflığına işarədir. Əsasən də, baş verən gözəl, təbii və saf anların dəyərini bilmək lazım olduğunu göstərir. Eyni zamanda, yuxu sahibinin çətinliklə, lakin halal zəhmət ilə qazancının olduğunu söyləyir. Müxtəlif yuxu yozumlarında yuxuda taxta görmək bir qadına və ya qadına düşkün kişinin olmasına yozulur.

Oxşar yuxular

Bu yazını dəyərləndir

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Maraqlı ola bilər!
Close
Back to top button