Yuxu Yozma

Yuxuda üzük görmək

Yuxuda üzük görmək xoş hadisələrə işarə edilir. Yuxu görən adamın etibarının artacağına, hörmət görəcəyinə, ətrafı tərəfindən seviləcəyinə yozulur. Qiymətli bir üzük görmək mal və qazancının artacağına, subaysa yaxın zamanda evlənəcəyinə işarə olunur. 
Yuxuda görülən üzük baxımsız, köhnə və gözəl deyilsə, bəzi müvəqqəti çətinliklər yaşayacağınız şəklində şərh olunur. 

Yuxuda üzük görmək ev, avtomobil və ya bir heyvan sahibi olacağınıza işarə edir. 
Yuxuda qizil üzük taxmaq xeyirə yozulur. Bəzi yozumlara görə əsasən qızıl üzük kişiyə haram hesab edilir və müsbət şərh olunmur. 
Amma qızıl bahalı, dəyərli və parlaq maddə olduğuna görə yuxunu görən adamın kişi ya qadın olmasindan asılı olmayaraq yaxşı mənaya şərh olunur. Yuxuda qızıl üzük görmək subay üçün evliliyə işarədir. 

Yuxuda gümüş üzük görmək əlinizə bir yerdən pul və ya mal keçməyinə şərh olunur. Birinin yuxuda gümüş üzük görməsi malının mülkünün artacağına işarədir. Bu mal, mülkün həmçinin halal olacağına işarədir. 
Yuxuda üzük tapmaq subaylar üçün evliliyə, evlilər üçün də uşağa işarədir. Belə yuxu görmək istədiyiniz və ya sahib olduğunuz nə varsa onlara da şərh olunur.

Yuxuda üzüklər taxmaq məhsuldarlıqla əlaqələndirilir. Həm də bir xeyirə vəsilə olunacağına şərh edilmişdir.

Yuxu şərhçiləri üzük taxan adamın xəyalını geyəcəyini, bəxtini artıracağını və ya ailəsində bolluğun olacağını söyləyirlər. Yuxu sahibinin maddi cəhətdən sıxıldığı bir dövrdə bu yuxunun görülməsi insanın həyatının rahatlaşacağını göstərir. Həm də ev və ya maşın almaq kimi təfsir olunur.

Yuxuda qızıl üzük görmək yuxu sahibinin yaxşı bir gün keçirəcəyini, dərdlərinin yüngülləşəcəyini və içindəki mənfi cəhətləri və pis düşüncələrin getdikcə quş kimi yüngülləşəcəyi kimi yozulur.
Yuxudakı qızıl üzük maddi və mənəvi cəhətdən barışa çatmağı da göstərir.

4.8/5 - (121 - nəfər səs verdi)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Maraqlı ola bilər!
Close
Back to top button